Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi müharibə edən tərəflərlə yanaşı, ABŞ, Avropa İttifaqı və Çinin qərarından asılıdır.
“İki sahil” xəbər verir ki, bunu sülh missiyası çərçivəsində Çinə səfər edən Macarıstanın baş naziri Viktor Orban feysbuk səhifəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, macarlar üçün Çinin dünyada sülhü müdafiə etməsi vacibdir.
Baş nazir Viktor Orban bazar ertəsi Pekində Çin prezidenti Si Cinpinlə görüşdüyünü bəyan edib. V.Orban xatırladıb ki, macarlar iki il yarımdır müharibənin kölgəsində yaşayırlar: “Macarlar sülhsevər xalqdı. O, sülhə, tarazlığa və harmoniyaya çalışır, buna görə də biz həmişə sülhün tərəfindəyik və heç vaxt müharibənin tərəfində deyilik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”