Keçmiş müxalifətdə olan Monqolustanın Demokratik Partiyasının (DP) sədri Luvsannyamin Gantimur partiyalararası danışıqlardan sonra çox güman ki, hökumət sədrinin iqtisadiyyat üzrə müavini və iqtisadi inkişaf naziri olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin baş naziri Luvsannamsrain Oyun-Erdene illik Monqolustan İqtisadi Forumunun açılışında bildirib.
“Bu gün hökuməti birgə formalaşdıracaq partiyaların liderləri ölkənin inkişaf planının həyata keçirilməsində əməkdaşlıq haqqında bəyannamə imzalayacaqlar. Əgər partiyalararası danışıqlar uğurlu olarsa, demokratların lideri baş nazirin iqtisadi məsələlər üzrə müavini və iqtisadi inkişaf naziri olacaq”, - hökumət başçısı deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”