08 iyul 2024 08:23
443

Filippin və Yaponiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Filippin və Yaponiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə GMA News məlumat yayıb.

Bildirilib ki, müqaviləyə əsasən Filippin və Yaponiya hərbçiləri öz ölkələrində qarşılıqlı əlaqədə ola və təcrübə mübadiləsi apara biləcəklər.

İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair sənəd qüvvəyə minməzdən əvvəl Filippin və Yaponiya parlamentləri tərəfindən ratifikasiya edilməlidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”