Yaponiyanın Oqasavara adaları yaxınlığında Sakit okeanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ Hamamatsu şəhərindən (Sizuoka prefekturası) 873 km cənub-şərqdə baş verib. Mənbə 566 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”