Ukrayna iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitindən Alyansa üzvlük yolunda əhəmiyyətli addım gözləyir.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Niderlandın yeni xarici işlər naziri Kaspar Veldkampla Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bizim sammitdən gözləntimiz orada qəbul ediləcək qərarlar toplusunun iki mənası olacaq: xüsusilə hava hücumundan müdafiə sahəsində müdafiə qabiliyyətimizin əhəmiyyətli dərəcədə gücləndirilməsi və NATO-ya üzvlük istiqamətində mühüm addım”, - Kuleba Kiyevin NATO sammitində maksimum proqramı və Ukrayna XİN rəhbərinin bu tədbirdən nə gözlədiyi ilə bağlı suala cavabında deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”