08 iyul 2024 02:02
420

Sərbəst güləş üzrə millimiz Avropa çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

“İki sahil” xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxışla yadda qalıb.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

1 qızıl, 4 gümüş və1 bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.

Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Xatırladaq ki, millimizin heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.