Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz İranın yeni prezidentini və Böyük Britaniyanın yeni baş nazirini təbrik edib.
“İki sahil” xəbər verir ki, O, sosial media hesabında paylaşdığı təbrikdə yazıb: “İran İslam Respublikasının 14-cü prezident seçkilərində qalib gələn Məsud Pezeşkianı və İngiltərədə keçirilən seçkilərdə baş nazir vəzifəsini üzərinə götürən Kir Starmeri təbrik edir, onlara vəzifələrində uğurlar arzulayıram.
Ümid edirəm ki, seçkilərin nəticələri ölkələrimiz, dost və qardaş İran xalqı, dost və müttəfiqimiz İngiltərə üçün faydalı olacaqdır. İnanıram ki, iki ölkədə keçirilən seçkilər nəticəsində yaranmış vəziyyət əlaqələrimizi daha da gücləndirəcək, regional və qlobal sülhə töhfə verəcək”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”