06 iyul 2024 14:53
448

Xameneidən İranın yeni prezidentinə tövsiyə

“Mən Uca Tanrıya güvənən və mərhum prezident Rəisinin yolunu davam etdirən yeni seçilmiş prezident Pezeşkiyana ölkənin nəhəng potensialını üzə çıxarmaq üçün hər cür səy göstərməyi tövsiyə edirəm”.

“İki sahil” xəbər verir ki, bu fikirləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin yeni seçilmiş prezidenti Məsud Pezeşkian ünvanladığı təbrik məktubunda qeyd edilib.

İslam respublikasının lideri seçici fəallığının İran düşmənlərinin xalqı çaşdırmaq və ümidsizliyə salmaq üçün istifadə etdiyi süni şəkildə yaradılmış seçki boykotuna qarşı çıxmaqda əhəmiyyətli olduğunu bildirib. Xamenei məktubunda ​​seçki prosesinin təşkilatçılarına, hüquq-mühafizə qüvvələrinə və milli mediaya gördüyü işlərə görə təşəkkür edib.

Xatırladaq ki, iyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Pezeşkiyan ümumi səslərin 53,6%-ni toplayaraq qalib gəlib. Onun rəqibi, İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 44,3% səs toplayıb. İkinci turda seçici fəallığı 49,8% təşkil edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”