2024-cü ilin birinci yarısında Almaniyada sığınacaq üçün müraciətlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20% azalaraq 115 682 nəfər olub.
“İki sahil” xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti Aİ Sığınacaq Agentliyinin (EUAA) məlumatlarına əsasən yazıb.
Almaniya hökuməti bu azalmanı daimi sərhəd nəzarətinin tətbiqi ilə əlaqələndirir. Almaniyada sığınacaq üçün müraciətlərin əksəriyyəti suriyalılar (29%), əfqanlar (18%) və türklər (10%) olub. İlin birinci yarısında Suriya və Əfqanıstandan olan hər ikinci qaçqın sığınacaq üçün müraciət edib.
Avropa İttifaqı, Norveç və İsveçrədə 2024-cü ilin birinci yarısında ümumilikdə 499 470 sığınacaq müraciəti edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% azdır. İspaniya 87 700 ərizə (müsbət 1%), İtaliya 81 108 (müsbət 32%), Fransa 77 474 (mənfi 6%) və Yunanıstan 29 776 (müsbət 77%) müraciət edib. Avstriyada sığınacaq üçün müraciətlərin sayı 41%, Bolqarıstanda isə 39% azalıb.
Avropa Komissiyası yaxın aylarda daha da pisləşə biləcək iki böhran barədə xəbərdarlıq edir. Bir nömrəli böhran nöqtəsi Aİ ilə Belarus arasındakı xarici sərhəddir. Xüsusilə, Belarus və Polşa sərhədində qeyri-qanuni miqrantların sayı 2024-cü ilin birinci rübündən bəri əhəmiyyətli dərəcədə artıb. İkinci qaynar nöqtə İrlandiyadır. EUAA-nın məlumatına görə, ilin əvvəlindən bəri orada sığınacaq üçün müraciətlərin sayı xeyli dərəcədə artıb. Bu ölkədə iyunun sonunda əvvəlki növrlə müqaisədə 94% artaraq 10,596-ya çatıb. Buna səbəb, hazırda son dərəcə məhdudlaşdırıcı sığınacaq siyasətinə malik olan Böyük Britaniyadan İrlandiyaya daha çox miqrantın köçməsidir.
.Məhərrəm Ağalaroğlu, “İki sahil”