İstanbul Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbul və İzmirdə həyata keçirdiyi “Kuyu-7” əməliyyatı nəticəsində Volkan Reçberin başçılıq etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın 33 üzvü saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Volkan Reçberin ölkə xaricində olduğu bildirilir.
Yerlikayanın sözlərinə görə, şübhəlilər cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən yaralama, iş yerlərinə silahlı basqın, 6136 saylı qanunu pozma, ümumi təhlükəsizliyi qəsdən təhlükəyə atma kimi 25 ayrı cinayət əməlini törətdikləri müəyyən edilib.
O, əməliyyatlar nəticəsində 34 sənədsiz tapança, 1 “AK-47” Kalaşnikov avtomatı, 1 ballistik jilet və 1 avtomat silah ələ keçirildiyini bildirib.
Polisləri uğurlu əməliyyata görə təbrik edən nazir qeyd edib: "Cinayətdə təkəbbür göstərənlər, xalqımızın dincliyini pozanlar, mütəşəkkil cinayətkar təşkilatlar, dəstələr qazdıqları çuxura düşəcəklər. İstənilən ölçüdə mütəşəkkil cinayətkarlıq təşkilatlarını məhv edib, məsuliyyətə cəlb etmək əzmindəyik”.
İstanbul merkezli 2️⃣ ilde düzenlenen “KUYU-7” operasyonlarında; Elebaşılığını Volkan Reçber’in (Yurt Dışı Firar) yaptığı Organize Suç Örgütü Üyesi 3️⃣3️⃣ şüpheli yakalandı❗️
— Ali Yerlikaya (@AliYerlikaya) July 6, 2024
Suçta kibirlenenler, halkımızın huzurunu kaçıranlar, organize suç örgütleri ve çeteler kazdıkları kuyulara… pic.twitter.com/CLl98dvovw
.Məhərrəm Ağalaroğlu, “İki sahil”