05 iyul 2024 15:18
429

Feliks Sançes istefaya göndərildi

Ekvador millisinin baş məşqçisi Feliks Sançes istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bu qərar komandanın Amerika kubokunun 1/4 finalında Argentinaya uduzmasından sonra verilib.

Qeyd edək ki, 48 yaşlı ispaniyalı məşqçi 2023-cü il mart ayından Ekvador millisini çalışdırırdı.