27 aprel 2026 01:55
100

"Qarabağ"ın baş direktoru Cəfərquliyevlə bağlı real durumu açıqladı

Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl əvəzedici komandaya göndərilən cinah müdafiəçisi Elvin Cəfərquliyevin satışa çıxarıldığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“İki sahil” xəbər verir ki, klub rəsmisi Fanat.Az-ın sorğusuna belə cavab verib:

"Məlum olduğu kimi, Elvin Cəfərquliyev cəzalandırılıb və hazırda əvəzedici komandadadır. Onun satışa çıxarılması isə doğru məlumat deyil. Satışa çıxarılsaydı, öncə klub bu barədə rəsmi məlumat yayardı".

Xatırladaq ki, Elvin Cəfərquliyevlə digər cinah müdafiəçisi Abbas Hüseynov daxili intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən qeyri-müəyyən müddətə əvəzedici komandaya göndəriliblər.