04 iyul 2024 13:49
432

"Auqsburq" "Bavariya"nın futbolçusunu transfer etdi

"Bavariya"nın hücumçusu Yusuf Kabadayı "Auqsburq"a transfer olunub.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

Kabadayı "Bavariya"nın yetirməsidir. Ötən mövsüm türkəsilli almaniyalı forvard "Şalke"də icarə əsasında oynayıb. O,  ikinci Bundesliqada 23 matçda 4 qol vurub.