Belçika Futbol Federasiyasının idman direktoru Frank Verkauteren millinin baş məşqçisi Domeniko Tedeskonun gələcəyi ilə bağlı sualı cavablandırıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o deyib: “Domeniko 2026-cı ilə qədər müqavilə imzalayıb, ona görə də ayrılmaq barədə heç bir sual yoxdur. Tedesko millidə qalacaq".
Qeyd edək ki, Belçika 1/8 finalda Fransaya 0:1 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.