03 iyul 2024 11:41
394

Türkiyə millisinin iki üzvü Niderlandla oyunu buraxacaq

Türkiyə millisi Avro-2024-ün 1/4 finalında Niderlandla keçiriləcək oyuna itkilərlə çıxacaq.

“İki sahil” xəbər verir ki, yarımmüdafiəçilər Orkun Kökcü və İsmayıl Yüksek cəzalı duruma düşüb.

Hər iki oyunçu ötən gecə 1/8 finalda Avstriya ilə görüşdə sarı vərəqə alıb. Bu, onların turnirdəki ikinci sarı vərəqəsi olduğundan hər iki futbolçu qarşıdakı matçı buraxmalı olacaq.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.