Ötən mövsüm “Gəncə” komandasında çıxış etmiş voleybolçu Tiyana Yovanoviçin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, serbiyalı blokçu Fransanın “Volley Ball Romans” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.
T.Yovanoviç ötən ilin yayında Gəncə təmsilçisinə transfer olmuşdu.