18 dekabr 2017 22:06
742

UEFA ən yaxşı qolu açıqladı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolları müəyyənləşib. Azarkeşlər arasında keçirilən rəy sorğunun qalibi "Beşiktaş”ın hücumçusu Cenk Tosun olub.

Türk futbolçu I turda "Porto” ilə səfər qarşılaşmasında uzaq məsafədən vurduğu qol respondentlərin 44% səsini toplayıb.Cenkin ən yaxın izləyicisi Qaret Beyli 30% səs,"Atletiko”nun hücumçusu Antuan Qrizmanın isə 13 faiz səs toplamağı bacarıb.