18 dekabr 2017 23:02
786

"Trabzonpor" 6 illik qələbə seriyasına yetişmək üzrədir

Türkiyə Superliqasının 16-cı turunda "Bursaspor"a minimal hesabla qalib gələn "Trabzonspor" yenidən çempionluq yarışına daxil olub.

Goal.az xəbər verir ki, "Qara dəniz fırtınası" cari mövsümdə ardıcıl 5-ci qələbəsini qazanıb. Trabzon klubu 6 il və ya 232 həftə sonra analoji statistikanı təkrarlayıb.

Son dəfə 2010/11 mövsümündə 24-29-cu turlarda ardıcıl 6 qələbə qazanan klub sonda 82 xal toplamşdı.

"Trabzonspor" son dəfə Superliqa çempionluğuna həmin mövsüm yaxınlaşmışdı.