Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.
ADY-dan “İki sahil”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.
Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”, “Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib, onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib