24 iyun 2024 11:59
442

Püşkatmanın vaxtı müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Tədbir iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.