Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb.
27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. G.Kantariyanın sonuncu klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda "Kəpəz" klubunun da formasını geyinib.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl əcnəbi futbolçulardan Brahim Konateni sıralarına cəlb etmişdi.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib
AMADA nümayəndələri “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər