Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Türkiyə-Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bernardo Silva yarışın ən yaxşı oyunçusu seçilib.
UEFA-nın Texniki Müşahidə Şurası bildirib: “O, vacib ilk qolu vurdu, heç vaxt topu buraxmadı və Portuqaliyanın oyunu idarə etməsinə böyük təsir etdi. Oyunun sonuna qədər həm hücumçu, həm də müdafiəçi rollarında çıxış etdi”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”