22 iyun 2024 09:44
448

“Trabzonspor” Ozan Tufanla razılığa gəlib

Türkiyənin “Trabzonspor” klubu "Hall Siti"də çıxış edən Ozan Tufanla prinsipial anlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə “beIN Sports” məlumata yayıb.

Qeyd edilib ki, Trabzon təmsilçisinin 3 illik müqavilə imzalayacağı gözlənilən 29 yaşlı futbolçu üçün 2 milyon avro transfer haqqı ödəniləcəyi düşünülür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”