22 iyun 2024 00:57
473

AVRO-2024: Niderland - Fransa matçı heç-heçə yekunlaşıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşü başa çatıb.

“İki sahil” xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.