20 iyun 2024 14:49
502

Fransa klubunun futbolçusu infarkt keçirdi

"Lill"in yarımmüdafiəçi Nabil Bentaleb infarkt keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Əlcəzairli futbolçu dərhal xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün yarışlarda 34 oyun keçirib və 3 qoolun ötürməsini verib.

Bentaleb daha əvvəl "Şalke", "Nyukasl" və "Tottenhem"də də çıxış edib.