20 iyun 2024 14:15
441

Gimnastlar İtaliyada 13 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan yığması İtaliyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

“İki sahil” xəbər verir ki, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar Parmadakı yarışa qatılıblar.

Komandamız turnirdə müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb. Ənənəvi xarakter daşıyan Parma turniri ardıcıl 16-cı dəfə təşkil olunub.

15 yaşlılar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.