19 iyun 2024 23:37
444

Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"İki sahil" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundestimin heyətində İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

33 yaşlı yarımmüdafiəçi Macarıstanla matçda komandasının ikinci qolunun müəllifi olub.