19 iyun 2024 22:58
417

İspaniya klubunda yeni baş məşqçi

"Qranada"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda Gilyermo Abaskala tapşırılıb. 35 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gilyermo Abaskal 2022-ci ilin yayından 14 aprel 2024-cü ilə qədər Rusiya "Spartak"ının baş məşqçisi vəzifəsində çalışıb. "Qranada"nın son baş məşqçisi isə Xose Ramon Sandoval olub. Komanda La Liqanın son mövsümündə 20-ci yeri tutub və aşağı liqaya düşüb.