19 iyun 2024 16:27
469

"Valensiya" baş məşqçisi ilə bağlı qərar verdi

“Valensiya” baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.

Qeyd edək ki, Ruben Baraxa 2023-cü ilin fevralında “Valensiya”nı çalışdırır. "Yarasalar” La Liqada son mövsümü 9-cu pillədə başa vurub.