19 iyun 2024 15:43
493

Çempionlar Liqasında 2-ci mərhələnin püşkü atıldı

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

“İki sahil” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 14 cütlük bəlli olub.

Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə  “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə təmsilçisi “Fənərbaxça” isə "Luqano"ya (İsveçrə) rəqib olub.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

Çempionlar yolu

“Lüdororets” – “Dinamo” Bt cütünün qalibi / “Dinamo” Mn – “Pünik” cütünün qalibi

APOEL / “Ordabası” – “Petrokub” cütünün qalibi

“Ferensvaroş” / TNS – “Deçiç” cütünün qalibi

PAOK / “Borats” – “Eqnatiya” cütünün qalibi

“Bodo Qlmt” / RFŞ – “Larne” cütünün qalibi

“Malmö” / “Klaksvik” – “Differdanj” cütünün qalibi

“Vikinqur” – “Şemrok Rovers” cütünün qalibi / “Sparta”

“Balkani” – “Santa Koloma” cütünün qalibi / “Midtulland”

“Flora” – “Selye” cütünün qalibi / “Slovan” – “Struqa” cütünün qalibi

“Panevejis” – HİK cütünün qalibi / “Yagellonya”

“Hamrun” – “Linkoln” cütünün qalibi / “Qarabağ”

“Virtus” – “Styaua” (RUmıniya) cütünün qalibi / “Makkabi” (Təl-Əviv, İsrail)

Liqa yolu

“Luqano” (İsveçrə) - “Fənərbaxça” (Türkiyə)

“Dinamo” (Kiyev, Ukrayna) - “Partizan” (Serbiya)

Qeyd edək ki, bu raundun görüşləri iyulun 23-24-də və 30-31-də keçiriləcək.