19 iyun 2024 10:54
396

Azərbaycanlı ağırlıqqaldırandan Avropa birinciliyində üç medal birdən

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

“İki sahil” xəbər verir ki, yaşı 15-ə qədər olan atletlər arasında yarıışan Elman Kurdanov (67 kq) gümüş medal qazanıb.

O, birdənqaldırma hərəkətində 100 kq-ı ram edərək, Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində 124 kq-ı baş üzərinə qaldırıb. Bu ona gümüş qazandırıb. Toplamda 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüşə sahib çıxıb.

Qeyd edək ki, yaşı 15-ə qədər olan atletlər arasında Kamran Xappayev (61 kq) qızıl, Nuray Əbilova (40 kq) gümüş, Malikə Biçekuyeva (55 kq) bürünc medal qazanıb.