19 iyun 2024 00:29
475

Kriştianu Ronaldu Avropa çempionatları tarixinə düşüb

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya matçında Portuqaliya millisinin əsas heyətində yer alan Kriştianu Ronaldu yarışın tarixinə düşüb.

“İki sahil”  xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu altı Avropa çempionatında iştirak edən yeganə futbolçu ünvanına yiyələnib.

39 yaşlı futbolçu bundan əvvəl 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb. Ümumilikdə hücumçu 26 matç keçirib. Bu görüşlər ərzində 14 qola, 9 məhsuldar ötürməyə imza atıb. 

Qeyd edək ki, K.Ronaldu Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.