18 iyun 2024 18:29
466

Makron rejimi regionda davamlı sülhün təmin olunmasına maneə olur

Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur”.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.