18 iyun 2024 01:01
1050

AVRO-2024: Fransa Avstriyanı məğlub edib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

“İki sahil” xəbər verir ki,  Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

***

***

Matç başladı. 

***

Fransa Avstriya ilə matçda hesabı açır. Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olur- 1:0

***

Futbol üzrə Avropa çempionatında D qrupunun ikinci qarşılaşması Fransa və Avstriya milliləri arasında baş tutub.

Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada fransızlar rəqibini 1-0 hesabı ilə üstələyib.

Matçda yeganə qolu 38-ci dəqiqədə Maksimilian Vöber öz qapısına vurub.