17 iyun 2024 01:20
435

Bellinqem Serbiya - İngiltərə matçının ən yaxşısı seçilib

Futbol üzrə 2024-cü il Avropa çempionatının 1-ci turu çərçivəsində keçirilən Serbiya - İngiltərə qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilislərə qələbə qazandıran Cud Bellinqem matçının oyunçusu seçildi.

UEFA-nın Texniki Müşahidə Şurası bildirib: “O, hücumda və müdafiədə həlledici idi, çox yer qət etdi və qələbə qolunu vurdu”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”