Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Höteborq şəhərində İsveçin Vestra Qetaland lenində (len – inzibati ərazi vahidi, region) yaşayan həmvətənlərimiz üçün növbəti səyyar konsulluq xidməti təşkil olunub.
“İki sahil” xəbər verir ki, müraciət edən soydaşlarımızın müvafiq sənədlərinin rəsmiləşdirilməsini səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Nail Qocayev həyata keçirib. Diplomat Azərbaycan vətəndaşlarının problemləri ilə maraqlanıb və onların konsulluq məsələləri ilə bağlı suallarına cavab verib.
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi