Naxçıvan şəhərində 2026–2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-dən start veriləcək.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, soyuq iqlim şəraiti nəzərə alınaraq ölkənin 26 şəhər və rayonunda istilik mövsümünün müddəti 2026-cı il noyabrın 1-dən 2027-ci il mayın 1-dək müəyyən edilib.
Bununla əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin olunacaq.
Beləliklə, müəyyən edilmiş tarixdən etibarən Naxçıvan şəhəri ərazisində istilik təchizatına başlanılacaq.
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi