15 iyun 2024 19:19
314

Viktor Lindelofu "Fənərbağça"da?

Yeni məşqçisi Joze Mourinyunun gəlişindən sonra heyətini gücləndirməyə çalışan  "Fənərbağça"nın daha bir transfer hədəfi müəyyənləşib. 

“İki sahil” "Fotomac"-a istinadən xəbər verir ki, İstanbul nəhəngi müdafiəçi Viktor Lindelofun keçidi üçün "Mançester Yunayted"ə elçi düşüb. "Sarı bülbüllər" Premyer Liqa təmsilçinı 8 milyon avro təklif etmək niyyətindədirlər.

İyulda 30 yaşı tamam olacaq Lindelofun Joze Mourinyu ilə yenidən, bu dəfə Türkiyədə birləşmək fikrində olduğu bildirilir. 

İsveçli müdafiəçinin "Old Trafford"la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədər qüvvədədir. Lindelof başa çatan mövsümdə "qırmızı şeytanlar"ın heyətində 28 oyun keçirib, bu matçlarda bir qol vurub və bir məhsuldar ötürmə edib.