15 iyun 2024 16:16
257

26 yaşlı qapıçı vəfat etdi

Monteneqro millisinin qapıçısı Matiya Şarkiç vəfat edib.

“İki sahil” xəbər verir ki, İngiltərədə “Miluoll”un şərəfini qoruyan qolkiper 26 yaşında dünyasını dəyişib.

Futbolçu Budva şəhərindəki evində özünü narahat hiss edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, yığmada 9 oyun keçirən futbolçu 10 gün əvvəl Belçika ilə qarşılaşmada da iştirak edib.