Bu gün 17-ci Avropa çempionatına start veriləcək.
“İki sahil” xəbər verir ki, açılış oyununda meydan sahibi Almaniya meydana çıxacaq.
A qrupunda yer alan Almaniya millisi Şotlandiyanı sınağa çəkəcək. Münhendəki “Allianz Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı fransalı Kleman Turpen idarə edəcək.
Qeyd edək ki, A qrupunun digər görüşündə sabah saat 17:00-da Macarıstanla İsveçrə komandaları üz-üzə gələcək.
AÇ-2024
A qrupu, I tur
14 iyun
23:00. Almaniya - Şotlandiya
Baş hakim: Kleman Turpen (Fransa).
Almaniya hesabı açdı. Florisan Virtz 11-ci dəqiqədə fərqləndi.
Camal Musiala, 19-cu dəqiqədə hesabı 2:0 edir.
3-0. Key Havertz fərqləndi.
Şotlandiya azlıqda qaldı. Rayan Portes qırmızı vərəqə aldı.
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
Fülkruq hesabı 4:0 edir. O, 68-ci dəqiqədə fərqlənir.
Şotlandiya millisi buraxılan qollardan birinin əvəzini çıxıb.
Almaniyanın heyətində 87-ci dəqiqədə Antonio Rudiqer avtoqol müəllifi olub - 4:1.
5:1 - Emre Can 90+3-cü dəqiqədə fərqlənir
***
Matç bitdi. Almaniya rəqibi üzərində 5:1 hesablı qələbə qazandı.