13 iyun 2024 14:14
291

Keyn: Tarix yazmağa çalışacağıq

İngiltərə millisinin hücumçusu Harri Keyn Avro-2024 öncəsi fikirlərini bildirib.

"İki sahil" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:

“Biz hələ Avropa çempionu olmamışıq. Ona görə də burada tarixi yenidən yazmağa çalışacağıq. Bu, qarşımıza qoyduğumuz məqsəddir. Lakin biz bilirik ki, qarşıda bizi uzun və çətin yol gözləyir”.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.