11 iyun 2024 02:37
394

Doktor Myasnikov sərt danışdı

Rusiyalı doktor Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan müəllif proqramında çox vaxt heç bir xüsusi göstəriş olmadan hər kəsə yazılan qan təmizləmə prosedurlarından sərt danışıb.

Həkimin sözlərinə görə, hər adam plazmaforez və hemofiltrasiya edə bilməz. “Əgər sadəcə şəkər və xolesterini azaltmaq istəyirsinizsə, fiziki aktivliyi artırmaq daha yaxşıdır”,-deyə həkim məsləhət görüb. Əks halda, sadəcə olaraq mənasız riskə məruz qalacaqsınız.

"Bu prosedurda 6% fəsad var və hər 10 min nəfərdən 5 nəfər ölür. Düşünürəm ki, özbaşına qanını təmizləmək istəyən hər kəs psixiatrik müayinəyə göndərilməlidir”, - deyə Aleksandr Leonidoviç sərt şəkildə bildirib.

Nubar Süleymanova, “İki sahil”