08 iyun 2024 12:29
337

Hərbi Polis İdarəsində təlim kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.

Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.