06 iyun 2024 22:54
400

Hər həyətdə bitən can dərmanı

“İki sahil” xəbər verir ki, "Şəfalı bitkilər" rubrikasında hər həyətdə bəzək bitkisi kimi əkilən gülxətmi barədə məlumat verir.

Öncə onu qeyd edək ki, bəzi bölgələrimizdə gülxətmi çiçəklərini dərib, dolma bükürlər. Həm dadlı, həm də faydalı bitkidir. Faydalarını isə saymaqla bitməz. Tibbdə gülxətmi bitkisindən sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malik dərmanlar hazırlanır.

Gülxətmi şiddətli öskürəyin qarşısını almaqda əvəzedilməzdir, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.

Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində istifadə edilir. İmmun sistemini gücləndirir, gözlərin sağlamlığına müsbət təsir edir. 

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizliyin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə zamanı və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq suyunu içirlər.

Qurudulmuş gülxətmi çiçəklərindən dəmlənən çay ağız və boğazda zərərli mikrobların təmizlənmsində əvəzolunmazdır. Diş ətini sağlamlaşdırır.

Dəridə olan yaralara gülxətmi dəmləməsindən kompres qoyduqda yaralar tez sağalır. Onun ağrıkəsici xüsusiyyəti var.

Gülxətminin tərkibində olan laksatiflər bağırsaq problemlərinin aradan qalxmasında yardımçı olur. Gülxətmi dəmləməsi yuxu verir, sakitləşdirir, ürək və qaraciyər fəaliyyətinin yaxşılaşmasına yardım edir. Toxumunun iştah artırıcı xüsusiyyəti olmasına baxmayaraq, çiçəklərinin tərkibindəki vitaminlər orqanizmin çəkisinin artmasına səbəb olmur, əksinə arıqlamağa kömək edir. Üzünüzü gülxətmi dəmləməsi ilə yuyun ki, hüceyrələriniz təzələnsin, gəncləşəsiz.