06 iyun 2024 16:22
370

Mahir Emrelinin komandası çempionatda yeni mövsümün ilk oyununu evdə keçirəcək

Xorvatiya çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" I turda "İstra"nı qəbul edəcək.

Qarşılaşma avqustun 3-də baş tutacaq.

Komanda II turda səfərdə "Osiyek", III turda evdə "Şibenik" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Zaqreb təmsilçisi başa çatan mövsümdə Xorvatiya çempionu olub.