Ananas özünəməxsus dadı, görünüşü və qoxusu ilə demək olar ki, bütün dünyada ləzzətlə yeyilən meyvələrdən biridir. İndi asanlıqla əldə edilən bu meyvə keçmişdə o qədır də əlçatan deyildi.. Bəs ananas niyə bu qədər önəmli idi? Budur səbəbi...
Zənginlik və gücün göstəricisi
Ananas ilk dəfə Avropaya 16 və 17 əsrlərdə gətirildiyi zaman olduqca nadir və ekzotik bir meyvə sayılırdı. Tropik bölgələrdən Avropaya köçmək çətin idi və çox xərc tələb edirdi. Buna görə də ananas yalnız zəngin və zadəgan ailələr üçün əlçatan idi. Bu da ananasın lüks və prestij simvolu kimi tanınmasına səbəb oldu.
Ananasın nadir və bahalı olması onu sərvət və güc simvoluna çevirdi. Xüsusilə İngiltərədə ananas sahibi olmaq və qonaqlara təqdim etmək ev sahibinin sərvətini və sosial statusunu göstərmək üçün bir üsul idi. Kral ailəsi və zadəganlar bu meyvədən nümayiş vasitəsi kimi istifadə edirdilər.
“Kral meyvəsi”
Avropanın kral ailələri ananası xüsusi şənliklərdə və ziyafətlərdə istifadə edirdilər. Məsələn, İngiltərə kraliçası II. Elizabetin nəvəsi Kraliça Viktoriyanın dövründə ananas kral süfrəsində tez-tez rast gəlinirdi. Kral ailəsinin ananasa olan marağı onun "kral meyvəsi" adlandırılmasına səbəb olmuşdur.
Qonaqpərvərlik simvolu
Ananas keçmiş zamanlarda qonaqpərvərlik və hörmət simvolu kimi qəbul edilmişdir. Zəngin ev sahibləri qonaqlarına ananası təqdim edərək onları şərəfləndirir və özlərini xüsusi hiss etdirirdilər. Buna görə də ananas qonaqpərvərliyin ən yüksək ifadəsi sayılırdı.
İndi hər bazarda və mağazada satılan ananasın statusu dünəndən bu günə dəyişsə də, hələ də ən çox sevilən meyvələr sırasındadır.
Nigar Orucova, “İki sahil”