05 iyun 2024 00:34
446

Yeməyi yavaş-yavaş və az ye ki…

Bəzi insanların qida ilə əlaqəsi düzgün deyil. Bu cür davranışın doğurduğu təsirlər insanın sağlamlığını əlindən alanda vəziyyət pisləşir.

Həddindən artıq yemək sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcək ümumi bir problemdir. Ancaq vəziyyətə nəzarət etmək üçün atacağınız sadə addımlar var. Bu, "Rossiya" kanalındakı "Ən vacibi haqqında" şousunda ətraflı müzakirə edilib.

Həddindən artıq yemək adətən stresin, emosiyaların və yeməkdən həzz axtarışının təsiri altında baş verir. Həddindən artıq yeməklə mübarizənin əsas həll yollarından biri yavaş yeməkdir. Tədqiqatlar göstərib ki, sadə “20 qaydası” əhəmiyyətli dərəcədə arıqlamağa kömək edə bilər.

"20 qaydası"belədir: 20 millimetr ölçülü yemək tikəsi götürün, 20 dəfə çeynəyin, çəngəli 20 saniyə saxlayın. Bu addımları hər bir tikədə təkrarlayın.

Bu üsul işləyir, çünki mədəyə və beyinə tox olduğunuza dair siqnalları ötürmək üçün vaxt verir. Çeynəmək iştahı yatıran hormonları ifraz edir və çəngəli 20 saniyəyə çıxarmaqla siz yeməyin həzminə daha çox vaxt vermiş olursunuz. “20 qaydası”dan istifadə yeməkdən sonra 20 dəqiqə ərzində toxluq hiss etmənizə kömək edəcək - bu, porsiyalarınızı idarə etməyə kömək edəcək və həddindən artıq yeməyin qarşısını alacaq.

Nubar Süleymanova, “İki sahil”