03 iyun 2024 21:37
306

Mbappe ilə bağlı AÇIQLAMA

Madrid “Real”ı Klian Mbappenin transferini rəsmən açıqlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.

Məlumata görə, Fransa millisinin üzvü ilə 5 illik sözləşmə imzalanıb. Transferin maliyyə dəyəri ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Mbapennin son klubu PSJ olub.