03 iyun 2024 21:29
291

“Qarabağ” onunla yollarını ayırdı

“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb. 

“İki sahil” xəbər verir ki, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.