03 iyun 2024 18:11
329

AFFA aşağı yaş qruplarından ibarət millilərin baş məşqçiləri ilə müqavilə müddətini uzadıb

Azərbaycanın aşağı yaş qrupları üzrə futbol millilərinin baş məşqçiləri ilə müqavilələrin müddəti sentyabr ayınadək uzadılıb.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

U-19 Elxan Abdullayevə, U-18 Füzuli Məmmədova, U-17 İlham Yadullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.